Mnatsakanyan Paşinyanın imtahanından “kəsildi” – Həmsədrlərin bəyanatına müdaxilə cəhdi

 Mnatsakanyan Paşinyanın imtahanından “kəsildi” –    Həmsədrlərin bəyanatına müdaxilə cəhdi
  02 Aprel 2019    Oxunub:3165
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən ilk rəsmi görüşün yekununa dair ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatının mətninə Paşinyanın əvvəlcədən təlimatlandırdığı bəzi məlumatların salınmasına cəhd edib. Lakin buna nail ola bilməyib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti etibarlı mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, 22 martda Moskvaya məxfi səfəri zamanı Mnatsakanyanın Minsk qrupunun rusiyalı həmsədri İqor Popovla görüşməsi də bununla bağlı idi.

“Xarici işlər naziri Zohrab Mnatsakanyanın Moskvaya gizli səfərinin səbəbi də bu olub. Orada Mnatsakanyan rusiyalı həmsədrin köməyi ilə birgə bəyanatın mətninə bəzi yumşaldıcı və Ermənistan üçün daha məqbul tezislərin salınmasına çalışıb. Çünki hamıya bəllidir ki, bu cür bəyanatların mətnləri əvvəlcədən hazırlanır, amma nəticəsiz olur” – qəzet yazıb.

Qeyd olunur ki, nəticədə, Ermənistanın baş naziri Nikol Paşinyan tapşırığın öhdəsindən gələ bilməyən Mnatsakanyandan olduqca narazı qalıb: “Mənbələrimizin sözlərinə görə, daxili “mətbəxdə” hesab edirlər ki, Mnatsakanyan ilk ciddi imtahandan “kəsilib””.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Moskva   Azərbaycan   Vyana  





Xəbər lenti