Ermənistanda bir ildə 23 minə yaxın cinayət törədilib

 Ermənistanda bir ildə 23 minə yaxın cinayət törədilib
  02 Aprel 2019    Oxunub:1706
2018-ci il üzrə Ermənistanda 22551 cinayət törədilib ki, bu da 2017-ci illə müqayisədə çoxdur.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun yaydığı rəsmi hesabatda deyilir.
Hesabata əsasən, ötən il törədilən cinayətlərin 11344-ü paytaxt İrəvanada qeydə alınıb. Bu isə 2017-ci illə müqayisədə 2018-ci ildə İrəvandakı cinayətlərin sayının 11,2% artması deməkdir.

Ötən il Ermənistanda orta-ağır cinayətlərin sayı 33,7% çıxalıb. Ümumi cinayətlərin arasında ağır cinayətlərin payı 3638, yəni 16,1% təşkil edib. Bu da 2017-ci illə müqayisədə 33,3% çoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Cinayət  





Xəbər lenti