2050-ci ildə dünya əhalisinin sayı 9,7 milyard nəfər olacaq

2050-ci ildə dünya əhalisinin sayı 9,7 milyard nəfər olacaq
  02 Aprel 2019    Oxunub:2265
2050-ci ildə Yer kürəsində əhalinin sayı artaraq 9,7 milyard nəfərə çatacaq.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda deyilir.

“2019-cu ildə 7,7 milyard nəfər olan dünya əhalisinin sayı aşağı templə də olsa, çoxalmağa davam edir. Proqnozlara əsasən, 2050-ci ildə dünya əhalisinin sayı 9,7 milyard nəfər, əsrin sonunda isə təqribən 11 milyard olacaq” – məlumatda bildirilib.

Hesabatda, həmçinin qeyd olunur ki, Yer kürəsində əhali sayının artması “təbii resurslara və ekosistemə təzyiqləri gücləndirəcək”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Əhali   Yerkürəsi   BMT  





Xəbər lenti