Ailə üzvlərini öldürən qatil edam olunacaq

Ailə üzvlərini öldürən qatil edam olunacaq
  03 Aprel 2019    Oxunub:1962
ABŞ Ali Məhkəməsi Missuri ştatında ailə üzvlərini qətlə yetirmiş və edam cəzasına məhkum olmuş qəddar qatilin ağrı hiss etmədən ölüm haqqı olmadığını bəyan edib.
CNN telekanalının yaydığı məlumata görə, Ali Məhkəmənin üzvləri 50 yaşındakı qatil Rassel Baklinin onu qazla boğaraq edam etmək xahişinə rədd cavabı veriblər.

Cinayətkar uşaqlıqdan burun və boğazında xəstəliyin olduğunu bəhanə edərək bildirib ki, onun zəhərli iynə vasitəsilə edam olunması dəhşətli ağrılara səbəb olacaq. Onun müraciətinə cavab verən hakim Neil Qorsuç deyib ki, ABŞ Konstitusiyasında məhkumlara ağrı hiss etmədən ölüm haqqı verən maddə yoxdur.

Məhkəmənin 5 üzvündən yalnız biri qatilin nitragin qazı vasitəsilə edamına səs verib. O, ABŞ-ın 3 ştatında edamların bu üsulla həyata keçirildiyini vurğulayıb.

Azvision.az



Teqlər: ABŞ   Qatil   Məhkəmə  





Xəbər lenti