Çinin Tayvan adasında 5,7 bal gücündə zəlzələ olub.
Çin Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Taydun şəhəri yaxınlığında yerli vaxtla 09:52-də qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 12 kilometr dərinlikdə olub. Dağıntı və insan tələfatı barədə məlumat verilmir.