Banklarla bağlı qanuna dəyişiklik ediləcək
Azvision.az -ın məlumatına görə, dəyişiklik qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə edilir.
Qeyd olunub ki, bu layihə müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılması üçün onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Banklar Layihə