AKP-nin şikayəti təmin edildi - Səslər yenidən hesablanacaq

 AKP-nin şikayəti təmin edildi -  Səslər yenidən hesablanacaq
  03 Aprel 2019    Oxunub:3450
İstanbulun 7 rayonunda etibarsız sayılan səslər yenidən hesablanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası qərar qəbul edib.

Bu qərarla Ali Seçki Komissiyası Ədalət və İnkişaf Partiyasının (AKP) şikayətini təmin edib.

Qeyd edək ki, İstanbul Əyalət Seçki Komissiyası AKP-nin 7 rayonda səslərin yenidən sayılması barədə şikayətini təmin etməmiş, Cümhuriyyət Xalq Partiyasının səslərin yenidən sayılması prosesinin dayandırılması təklifini dəstəkləmişdi.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Seçki   AKP   CHP  





Xəbər lenti