Erməni ABŞ-da şəhər meri seçildi

Erməni ABŞ-da şəhər meri seçildi
  03 Aprel 2019    Oxunub:2047
ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərinin meri postuna yenidən milliyyətcə erməni olan şəxs seçilib.
Azvision.az “Myglendalecitynews.org” saytına istinadən xəbər verir ki, Qlendeylin yeni meri şəhər şurasının erməni əsilli sədri Ara Nacaryan olub. O, artıq 4-cü dəfədir ki, bu şəhərin meri seçilib. Nacaryan bu posta ilk dəfə 2005-ci ildə gəlib.

Qlendeyl şəhərinin Nacaryandan əvvəlki meri Zare Sinanyan da erməni əsilli olub.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatına daxil olan şəhərlərin əksəriyyətinin meri milliyyətcə ermənidir. Ümumiyyətlə, Kaliforniya Amerikadakı erməni diasporasının sıx cəmləşdiyi ərazilərdəndir. Ötən il Qlendeyl şəhərinin prospektlərindən birinə isə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz olaraq yaradılmış qondarma “Artsax” rejiminin adı verilib.

Xatırladaq ki, 200 minə yaxın sakini olan Qlendeyl şəhərinin əhalisinin yarıdan çoxu ermənidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Qlendeyl   ABŞ  





Xəbər lenti