“Taliban”ın 26 döyüşçüsü məhv edilib

“Taliban”ın 26 döyüşçüsü məhv edilib
  03 Aprel 2019    Oxunub:2229
Koalisiya qüvvələrinin Əfqanıstanın şimal-qərbindəki Baqdis əyalətinə endirdiyi hava zərbələri nəticəsində “Taliban” silahlı hərəkatının azı 26 döyüşçüsü məhv edilib, 3-ü isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Khaama Press” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Baqdis əyalətinin Bala Murqab və Cavand rayonlarına endirilən koalisiya zərbələri Əfqanıstan milli ordusunun həyata keçirdiyi əməliyyatlara dəstək məqsədi daşıyıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti