Paşinyan mart qırğınına görə dindirilib

 Paşinyan mart qırğınına görə dindirilib
  03 Aprel 2019    Oxunub:3454
Ermənistanın baş naziri Nikol Paşinyan 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində istintaqa cəlb edilib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan özü bu gün jurnalistlərə açıqlamasında bildirib.

“Bəli, mən 1 mart işi ilə əlaqədar dindirilmişəm” – Ermənistanın baş naziri vurğulayıb.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan 1 mart hadisələrində ittiham olunaraq 2018-ci ilin 7 dekabrından etibarən həbsdədir. Bu ilin 15 martında isə məhkəmə Ermənistan Xüsusi İstintaq Xidmətinin şikayətini yenidən təmin edərək Koçaryan barəsində həbs qətimkan tədbirini daha 2 ay müddətinə uzadıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   İstintaq  





Xəbər lenti