Konqress Trampdan vergi məlumatlarını tələb edir

Konqress Trampdan vergi məlumatlarını tələb edir
  04 Aprel 2019    Oxunub:2336
ABŞ Konqressinin Nümayəndələr Palatasının gəlirlər və məsrəflər komitəsinin sədri, demokratların təmsilçisi Riçard Nil rəsmi şəkildə prezident Donald Trampa müraciət edərək, onun son 6 il ərzindəki vergi bəyannamələrini tələb edib.
Azvision.az “CNN”ə istinadən xəbər verir ki, konqressmen təkcə Trampdan yox, eləcə də onunla bağlı 8 şirkətin də 2013-2018-ci illər ərzindəki vergi ödəmələri barədə məlumatlarını təqdim etmələrini istəyib.

Tramp isə bəyan edib ki, audit yoxlaması altında olduğu müddətdə öz vergi məlumatlarını Konqressə təqdim etmək niyyəti yoxdur.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress   Vergi   ABŞ  





Xəbər lenti