ABŞ: “Müttəfiqlərimizin müdafiəsini təmin edə bilmərik”

       ABŞ:    “Müttəfiqlərimizin müdafiəsini təmin edə bilmərik”
  04 Aprel 2019    Oxunub:1553
“Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyanın Rusiya təcavüzünə məhəl qoymamağa davam etməsi və özünkü ilə yanaşı bizim ümumi müdafiəmizi də gözardı etməsi yolverilməzdir.”
Azvision.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Vaşinqtonda keçirilən NATO tədbirindəki çıxışında bəyan edib.

“Almaniya daha çox şey etməlidir. Əgər müttəfiqlərimiz Rusiyadan asılı olacaqlarsa, onda biz Qərbin müdafiəsini təmin edə bilməyəcəyik” – Pens vurğulayıb.

ABŞ-ın vitse-prezidenti onu da bildirib ki, Vaşinqton Almaniyanın Rusiya ilə “Şimal axını 2” layihəsini həyata keçirməsindən narazıdır: “Əgər Almaniya “Şimal axını 2” qaz boru kəmərinin tikintisini davam etdirəcəksə, onda prezident trampın da dediyi kimi, Almaniya iqtisadiyyatını Rusiyanın əsirinə çevirəcək”.

Pens əlavə edib ki, Rusiyaya münasibətdə avropalıların təhlükəsizlik məsələsindəki laqeydliklərinə baxmayaraq, “ABŞ həmişə Avropanın ən böyük müttəfiqi olacaq”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avropa   Rusiya   ABŞ   NATO  





Xəbər lenti