Bu yolda hərəkət məhdudlaşdırılacaq

 Bu yolda hərəkət məhdudlaşdırılacaq
  04 Aprel 2019    Oxunub:1823
Aparılan təmir işləri ilə əlaqədar olaraq 4 aprel tarixindən 5 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 5 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.



Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Azvision.az


Teqlər: Yol   AAYDA  





Xəbər lenti