Pentaqonda Tonoyanla görüşdən imtina edilib

 Pentaqonda Tonoyanla görüşdən imtina edilib
  04 Aprel 2019    Oxunub:2159
BMT-nin sülhməramlı missiyası üzrə nazirlər konfransında iştirak etmək üçün martın 26-da Nyu-Yorka səfər edən Ermənistanın müdafiə naziri Davod Tonoyanın Pentaqonda (ABŞ Müdafiə Nazirliyi) Amerika hərbi elitasının nümayəndələri ilə görüş keçirmək istəyi baş tutmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti etibarlı mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, Tonoyan ABŞ-ın müdafiə qurumunun baş qərargahında heç bir görüş keçirə bilməyib. Çünki özünü sözdə qərbpərəst göstərən Ermənistan rəhbərliyinin əməldə Rusiya ilə hərbi-siyasi əməkdaşlığı daha da möhkəmləndirməsi Vaşinqtonu narazı salmağa davam edir.

“ABŞ hakimiyyəti Ermənistanın Suriyaya humanitar missiya göndərmək qərarını hələ də “həzm edə” bilmir və ələ düşən hər fürsətdə bu məsələyə yanaşmasını nümayiş etdirir” – qəzet yazıb.

O da vurğulanır ki, Rusiyanın təlimatı ilə İrəvanın Suriyaya missiya göndərməsinə Vaşinqtonun rəsmi görüşlərdən imtina ilə reaksiya verməsi ilk deyil. Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla, daha sonra isə ABŞ dövlət katibi də erməni həmkarı Zohrab Mnatsakanyanla görüşdən imtina edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   BMT   ABŞ   Rusiya  





Xəbər lenti