Aİ İlham Əliyevlə Paşinyanın Vyana görüşünü şərh etdi

  04 Aprel 2019    Oxunub : 1203
Aİ İlham Əliyevlə Paşinyanın Vyana görüşünü şərh etdi
Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalski jurnalistlərin “Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşünün nəticələrini necə dəyərləndirirsiniz?” sualına cavabında deyib.

Svitalski bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilir və həmsədrlər öz missiyalarının öhdəsindən uğurla gəlirlər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ