Tehran Avropanı ABŞ qarşısında acizlikdə suçlandırdı

   Tehran Avropanı ABŞ qarşısında acizlikdə suçlandırdı
  04 Aprel 2019    Oxunub:1352
Nüvə sazişinin iştirakçısı olan və sanksiyalara qarşı Tehrana zəmanət vəd edən Avropa ölkələr, konkret olaraq Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ın İrana qarşı iqtisadi terroruna müqavimət göstərə bilmirlər və Vaşinqton qarşısında acizdirlər.
Azvision.az xəbər verir ki, İranın xarici işlər naziri öz tvitter səhifəsində bu cür bəyanat yayıb.

“ABŞ-ın İranla nüvə sazişindən qanunsuz olaraq çıxmasından bir il keçməsinə baxmayaraq, Avropa Amerikanın iqtisadi terrorizminə meydan oxumaq üçün siyasi iradə nümayiş etdirə bilmir. Hətta ən azı iranlılara humanitar yardım üçün bank xəttinin yaradılması yolu ilə də bunu etmir. Əvəzində isə Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) İranın müdafiə imkanları ilə bağlı BMT-yə təzyiq göstərərək, Donald Trampı (ABŞ prezidenti) sakitləşdirməyə çalışırlar” – Cavad Zərif vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti