Silahlılar canlı yayımda aparıcıları qarət etdi – VİDEO

   Silahlılar canlı yayımda aparıcıları qarət etdi –    VİDEO
  04 Aprel 2019    Oxunub:5361
Braziliyanın San Paulu şəhərində SOT radiostansiyası canlı yayım zamanı silahlı oğruların hücumuna məruz qalıb.

Azvision.az xəbər verir ki, axşam saat 21:00-da 5 soyğunçu canlı yayımın getdiyi otağa daxil olaraq, aparıcıları və verilişə dəvət olunan qonaqları qarət
Lakin qarət anı və oğrulardan bəzilərinin üzü verilişi “Facebook”dan canlı yayımlayan kameraya düşüb. Yayımlanan video kadrlarda oğruların radio işçilərinin və qonaqların telefonlarını, saatlarını və digər dəyərli əşyalarını götürdükləri görünür. Baş verənləri anlamağa çalışan zərərçəkənlər isə silahı gördükdə əllərini havaya qaldıraraq panik vəziyyətə düşüblər.

Hazırda Braziliya polisi faktla bağlı istintaqı və cinayətkarların ələ keçirilməsi üçün bütün şəhərdə axtarışları davam etdirir.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Braziliya   Qarət   Radio  





Xəbər lenti