NATO Latın Amerikasına doğru genişlənir

NATO Latın Amerikasına doğru genişlənir
  04 Aprel 2019    Oxunub:1843
NATO Kolumbiya ilə yanaşı, Latın Amerikasının digər dövlətlərinin də tərəfdaş statusunda alyansa qoşulmasının mümkünlüyünü nəzərdən keçirə bilər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“2017-ci ilədək NATO-nun Latın Amerikasında tərəfdaşları olmayıb. 2017-ci ildə isə bizim bu regionda ilk partnyorumuz ortaya çıxdı və bu, Kolumbiya oldu. NATO-nun yaxın tərəfdaşı olmaq həm alyans, həm də tərəfdaş ölkə üçün yaxşıdır. Ona görə də, əlbəttə ki, biz Latın Amerikasının digər ölkələrinin də tərəfdaşımıza çevrilmələrinin mümkünlüyünə baxa bilərik və bu, daha sıx siyasi və praktik əməkdaşlıq üçün platforma ola bilər” – Stoltenberq vurğulayıb.

Qeyd edək ki, martda ABŞ prezidenti Donald Tramp braziliyalı həmkarı Jair Bolsonaro ilə birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Braziliyanın NATO-ya üzvlüyünü dəstəkləyə bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kolumbiya   NATO   ABŞ  





Xəbər lenti