Putin gələn ay Paşinyanla görüşəcək

  05 Aprel 2019    Oxunub : 1264
Putin gələn ay Paşinyanla görüşəcək
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etmək üçün 29 mayda Qazaxıstanın paytaxtı Nur-Sultana səfər edəcək.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Nur-Sultandakı sammit Aİİ-nın 5 illiyinə həsr olunacaq və təşkilata üzv bütün dövlətlərin liderləri həmin tədbirdə iştirak edəcəklər.

Bu mənada istisna olunmur ki, sammit çərçivəsində Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüşü də baş tuta bilər.


Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Nur-Sultan   Rusiya   Aİİ