Pxenyandan ABŞ və Cənubi Koreyaya sərt təpki

Pxenyandan ABŞ və Cənubi Koreyaya sərt təpki
  05 Aprel 2019    Oxunub:2319
Şimali Koreya aprelin əvvəlində Cedcu adası yaxınlığında ABŞ-la Cənubi Koreyanın beynəlxalq sanksiyalar rejimini pozan dəniz gəmilərinin ələ keçirilməsi üzrə birgə hərbi təlimlər keçirməsini sərt şəkildə qınayıb.
Azvision.az xəbər verir ki, bu barədə Şimali Koreyanın “Rodong Sinmun” xalq qəzetində yazılıb. Qeyd olunur ki, bu tip hərbi təlimlər Koreya yarımadasındakı gərginliyin başlıca mənbəyidir və sülh cəhdlərini təhdid altına qoyur.

“Cənubi Koreya və amerikalı hərbçilərin keçirdiyi bu birgə təlimlər xalqın istəyi və beynəlxalq ictimaiyyətin tələbləri ilə ziddiyyət təşkil edir. Koreya yarımadasında gərginliyin əsas mənbəyi olan xarici silahlı qüvvələrlə birgə hərbi təlimlərə yol verilməməlidir. O cümlədən, bölgədə xarici hərbi texnikanın, eləcə də strateji silahların yerləşdirilməsinə tamamilə son qoyulmalıdır” – qəzetdə qeyd olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pxenyan   Koreya   ABŞ  





Xəbər lenti