Tripoli hava limanı ələ keçirildi

    Tripoli hava limanı ələ keçirildi
  06 Aprel 2019    Oxunub:2062
Liviya Milli Ordusu Tripoli aeroportunu ələ keçirib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, xəlifə Həftarın komandanı olduğu ordu birləşmələri hava limanını nəzarətə götürüb.

Məlumata görə, xəlifə Tripoliyə hücum əmri verib. Hazırda hava limanı ətrafında döyüşlərin getdiyi bildirilir. Bundan başqa, hərbi birləşmələr tərəfindən Tripoliyə bir neçə istiqamətdən hücum təşkil edilib.

Azvision.az



Teqlər: Tripoli  





Xəbər lenti