İranda gəmiqayırma zavodunda partlayış olub - Ölənlər var

  06 Aprel 2019    Oxunub : 1516
 İranda gəmiqayırma zavodunda partlayış olub - Ölənlər var
İranın Bəndər-Abbas limanı yaxınlığındakı Şəhid Dərvişi gəmiqayırma zavodunda partlayış baş verib.
Azvision.az İran KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub. Zavodda olan sualtı qayıqdakı üç batareya partlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Azvision.az

Teqlər: İran   Partlayış