29 yaşlı gənc ailə üzvlərini bıçaqladı, bacısı öldü

  29 yaşlı gənc ailə üzvlərini bıçaqladı, bacısı öldü
  07 Aprel 2019    Oxunub:3182
Türkiyənin Niğdə şəhərində məskunlaşan iraqlı gənc ailə üzvlərini bıçaqlayıb.
Azvision.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Aşağıkayabaşı məhəlləsində baş verib.

Məlumata görə, iraqlı ailədə hələlik məlum olmayan səbəbdən baş verən münaqişənin sonu qanla bitib. 29 yaşlı Yəhya Məhəmməd Berzo atası Məhəmməd Berzo, anası Fahriyə Qəmbər və bacısı Nur Məhəmməd Berzonu bıçaqlayıb.

Bədəninin müxtəlif yerlərindən bıçaq yarası alan Nur Məhəmməd Berzo hadisə yerində keçinib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, Fahriyə Qəmbərin vəziyyəti ağırdır.

Hadisəni törədən 29 yaşlı gənc polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Türkiyə   Bıçaqlanma   Cinayət  





Xəbər lenti