AKP İstanbulda bütün səslərin yenidən sayılmasını istəyir

AKP İstanbulda bütün səslərin yenidən sayılmasını istəyir
  08 Aprel 2019    Oxunub:2952
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda bələdiyyə seçkiləri üzrə bütün səslərin yenidən sayılmasını istəyir.
Azvision.az xəbər verir ki, bu barədə AKP sədrinin müavini Əli İhsan Yavuz bildirib. Onun sözlərinə görə, AKP İstanbulun bütün rayonları üzrə səslərin yenidən sayılması üçün Ali Seçki Komissiyasına müraciət edəcək: "Hazırda fərq 16442 səs təşkil edir".

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası ümumilikdə ölkə üzrə 44,31% səslə qələbə qazanıb. Lakin paytaxt Ankarada və İstanbulda müxalif CHP-nin namizədləri qalib gəliblər.

Belə ki, İstanbulda seçkilərin favoriti sabiq baş nazir və parlamentin keçmiş spikeri Binəli Yıldırım hesab olunsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu 48,79 faizlə birinci olub. Binəli Yıldırım isə 48,52% səslə rəqibinə uduzub. Ankarada da CHP-nin namizədi Mansur Yavaş 50,91% səslə rəqib partiyanın namizədi Mehmet Özhaseki məğlub edib.

Azvision.az


Teqlər: AKP   Türkiyə   Seçki   İstanbul  





Xəbər lenti