Əfqanıstanda partlayış, ölənlər var

  08 Aprel 2019    Oxunub : 705
Əfqanıstanda partlayış, ölənlər var
Əfqanıstanın Nanqarhar əyalətinin Cəlilabad şəhərində baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 5-i isə xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə “TOLO News” əyalət polisinə istinadən məlumat yayıb. Qeyd olunur ki, hadisəyə səbəb hərbi maşına bərkidilmiş partlayıcı qurğunun işə düşməsi olub.

Partlayış nəticəsində yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Əfqanıstan