Hindistan kəşmirlilərin imtiyazlarını ləğv edir

 Hindistan kəşmirlilərin imtiyazlarını ləğv edir
  08 Aprel 2019    Oxunub:1828
Hindistanın hakim Bhatariya Canata Partiyası Cammu və Kəşmir ştatının sakinlərini xüsusi hüquqlarla təmin edən onillik qanunu ləğv edəcək.


Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hakim partiyanın 8 apreldə dərc olunan seçki bəyannaməsində deyilir.
“Hesab edirik ki, 35A maddəsi ştatın inkişafı üçün maneədir”- sənəddə vurğulanıb.

Qeyd edək ki, kəşmirlilər üçün xüsusi imtiyazların əks olunduğu həmin qanun Cammu və Kəşmirin sakini olmayanlara ştatda əmlak almağı qadağan edir. Müsəlmanların üstünlük təşkil etdiyi Cammu və Kəşmir ştatının siyasi liderləri isə Nyu-Dehlidəki mərkəzi hökumətə xəbərdarlıq ediblər ki, bu qanunun ləğvi kütləvi iğtişaşlara gətirib çıxaracaq.

Hindistan parlamentinin aşağı palatası olan Lak Sabhaya seçkilər 11 apreldə başlayacaq və 19 mayadək davam edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kəşmir   Hindistan  





Xəbər lenti