Ermənistanda transgenderlərə qarşı etiraz aksiyası keçirilir

 Ermənistanda transgenderlərə qarşı etiraz aksiyası keçirilir
  08 Aprel 2019    Oxunub:1816
Artıq 3 saatdır ki, Ermənistan parlamentinin binası önündə sakinlər transgenderlərə qarşı etiraz aksiyası keçirirlər.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları qadın transgender - hüquq müdafiəçisi Lilit Martirosyanın parlamentin iclasına buraxılmasına və tribunadan çıxışına icazə verilməsinə etiraz edirlər.
Parlament qarşısına yığışan aksiyaçılar transgenderin çıxışından sonra hamını parlament binasını tərk etməyə və iclas zalının yenidən “müqəddəs” olması üçün oranı “təmizləməyə” çağırırlar.

Qeyd edək ki, transgender Martirosyanın çıxışı erməni deputatların əksəriyyəti üçün də sürpriz olub. Belə ki, bugünkü iclasın gündəliyi sonadək dəqiqləşməyib, amma sonradan Ermənistan parlamentinin insan hüquqları və ictimai məsələlər komitəsinin sədri Naira Zohrabyan heç kəsi xəbərdar etmədən gündəliyə başqa mövzu salıb və transgenderin çıxışına icazə verib. Nəticədə, iclas zamanı deputatlar arasında ciddi mübahisə yaşanıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti