İrəvanda polislə etirazçılar arasında qarşıdurma olub - VİDEO

 İrəvanda polislə etirazçılar arasında qarşıdurma olub -  VİDEO
  08 Aprel 2019    Oxunub:2267
İrəvan polisi ilə “Spayka” şirkətinin direktoru David Kazaryanın azadlığa buraxılmasını və baş nazir Nikol Paşinyanla görüş tələb edən yüzlərlə etirazçı arasında ciddi qarşıdurma yaşanıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, etirazçılıar Kazaryanın polis avtomobili ilə məhkəmə binasından məntəqəyə aparılmasına mane olmağa çalışıblar. Lakin polis qüvvələri aksiya iştirakçılarına qarşı güc tətbiq etməklə təqsirləndirilən şəxsin olduğu maşını kütlənin arasından çıxara bilib.

Lakin bundan hiddətlənən etirazçılar hökumət binası ətrafında toplaşaraq baş nazirlə görüş tələb ediblər. Onların qanunsuz aksiyasını dağıdan zaman yenidən polislə qarşıdurma baş verib. Nəticədə, bir etirazçı həbs edilib, daha bir neçə aksiya iştirakçısı isə yüngül xəsarətlər alıb.



Qeyd edək ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın Dövlət Gəlirləri Komitəsinin istintaq idarəsinin şikayətini təmin edərək, Avropa və MDB ölkələrinə, eləcə də, Rusiyaya meyvə-tərəvəz daşınmasilə məğul olan “Spayka” şirkətinin direktoru David Kazaryan barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb. Kazaryan 7 milyard 36 milyon 666 min (təqribən 15 milyon ABŞ dolları) məbləğində vergidən yayınmaqda ittiham olunur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti