Putin: ““S-400”lərin tədarükünü başa çatdıracağıq”

      Putin:    ““S-400”lərin tədarükünü başa çatdıracağıq”
  08 Aprel 2019    Oxunub:2658
Türkiyə ilə Rusiya daha da gücləndirilmiş və irəliyə doğru istiqamətlənən əməkdaşlıq çərçivəsində münasibətlərini inkişaf etdirmək qərarına gəliblər.
Azvision.az xəbər verir ki, bu fikirləri bu gün Moskvada keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasından əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.

“Astana prosesinin qarant ölkələri olaraq Rusiya və Türkiyə Suriyada gərginliyin azaldılması üçün böyük səy göstərirlər... Gündəliyimizdə hərbi-texniki əməkdaşlıqla yanaşı, “S-400” sistemlərinin Türkiyəyə tədarükünün başa çatdırılması da var” – Putin vurğulayıb.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti