Mey Merkel və Makrondan kömək istəyir

Mey Merkel və Makrondan kömək istəyir
  08 Aprel 2019    Oxunub:3089
Böyük Britaniyanın baş naziri Tereza Mey 10 apreldə Brüsseldə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin “Brexit”lə bağlı keçirəcəkləri fövqəladə sammitdən bir gün öncə Berlinə və Parisə səfər edərək, Almaniya kansleri Angela Merkellə, daha sonra isə Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
Azvision.az xəbər verir ki, Meyin səfəri barədə Almaniya hökumətinin və Fransa administrasiyasının rəsmiləri məlumat yayıblar.

Merkelin sözçüsü Ştefen Zaybert bildirib ki, Britaniyanın baş naziri 9 aprel səhəri Berlinə gələcək. Onun sözlərinə görə, Almaniya üçün Aİ-da qalan ölkələrin gələcək münasibətlərində sabitliyin qorunması prioritet olaraq qalır və İttifaqı tərk etdikdən sonra Almaniya ilə Britaniya arasındakı münasibətlər də “yaxın və dost” olaraq qalmalıdır.

Yelisey sarayından isə bildiriblər ki, Meylə Makron “Brexit” mövzusunu müzakirə edəcəklər. Lakin danışıqların təfərrüatları barədə heç bir əlavə məlumat verilməyib.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Almaniya   Fransa   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti