ABŞ Avropaya yeni ticarət tarifləri tətbiq edəcək

  09 Aprel 2019    Oxunub : 1094
ABŞ Avropaya yeni ticarət tarifləri tətbiq edəcək
ABŞ Avropa İttifaqından (Aİ) idxal edilən məhsullara yeni gömrük rüsumlarının tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyi İdarəsinin yaydığı bəyanatda deyilir.

“Ümumdünya Ticarət Təşkilatı dəfələrlə bildirib ki, Aİ-nın “Airbus” aviaşirkətinə ayırdığı subsidiyalar ABŞ-a əks-təsir göstərib. Bu gün ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsi Avropa İttifaqı həmin subsidiyaları dayandırmayanadək, əlavə tariflərin qoyula biləcəyi Aİ məhsullarının müəyyənləşdirilməsi üçün proses başladır”, - deyə bəyanatda vurğulanıb.

Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp Aİ ölkələrini ticarət üzrə yeni danışıqlara başlamağa razı olmayacaqları təqdirdə, İttifaq mallarına yeni gömrük rüsumları tətbiq edəcəyilə hədələmişdi.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ticarət   Avropaİttifaqı   ABŞ   Tarif