Qazaxıstanda erkən seçkilərin vaxtı açıqlandı

  09 Aprel 2019    Oxunub : 1338
 Qazaxıstanda erkən seçkilərin vaxtı açıqlandı
Qazaxıstanda erkən prezident seçkiləri iyunun 9-da keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Qazaxıstanın prezident səlahiyyətlərinin icraçısı Kasım-Jomart Tokaev televiziya vasitəsilə xalqa video-müraciətində bəyan edib.

“Erkən seçkilərin 9 iyunda keçirilməsi barədə qərar qəbul etdim” – Tokaev bildirib.

Tokaev onu da əlavə edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarını Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevlə müzakirə edib.

Qeyd edək ki, 1990-cı ildən Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev 19 martda prezident postundan istefa verib. O, 2015-ci ildə 97,75% səslə növbəti dəfə 5 il müddətinə ölkə prezidenti seçilmişdi. Qazaxıstan konstitusiyasına əsasən, prezident vaxtından əvvəl istefaya verdikdə, yaxud vəzifəsindən kənarlaşdırıldıqda və ya öldükdə, yeni seçkilər keçirilənədək onun səlahiyyətlərini parlamentin yuxarı palatası olan Senatın sədri icra edir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Qazaxıstan   Seçki