Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları uzatdı

Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları uzatdı
  09 Aprel 2019    Oxunub:1404
Yaponiya hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların daha 2 il müddətinə uzadılması barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” teleradiosu məlumat yayıb.

Yaponiya hökuməti bəyan edib ki, sanksiyaların müddəti Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və Şimali Koreyada saxlanılan Yaponiya vətəndaşları ilə bağlı problemin həlli istiqamətində Pxenyanı konkret addımlar atmağa vadar etmək üçün uzadılıb.

Yaponiyanın Şimali Koreyaya qarşı sanksiyalarının müddəti bu həftə başa çatacaqdı. Pxenyanın raket buraxmasına görə 2006-cı ildən etibarən tətbiq olunan həmin sanksiyalar məhsulların ikitərəfli idxal və ixracını, eləcə də, Şimali Koreya gəmilərinin Yaponiya limanlarına girişini bütünlüklə qadağan edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya   Sanksiya   Yaponiya  





Xəbər lenti