Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həbsinə qərar verilənlərdən 102-si Türkiyə Baş Polis İdarəsində, hərbi
hava qüvvələrində , Milli Kəşfiyyat Təşkilatında, Ailə İşi və Sosial Xidmətlər Nazirliyində, Səhiyyə və Milli
Təhsil Nazirliyində, Hacəttəpə və
Turqut Özal Universitetlərində terrorçuların tapşırıqlarını icra ediblər.
Şübhəlilərin həbsi üçün Türkiyənin hüquq-mühafizə orqanları Ankara, İzmir, Adıyaman, Konya və Qaziantepdə əməliyyatlara başlayıblar. Həbs olunanların hamısının Ankaraya gətiriləcəyi və istintaq çərçivəsində dindiriləcəyi bildirilir.
Leyla Elbrusqızı Azvision.az Teqlər: FETÖ Türkiyə