Tramp Məxfi Xidmətin rəhbərini qulaqlarına görə istefaya göndərib

Tramp Məxfi Xidmətin rəhbərini qulaqlarına görə istefaya göndərib
  09 Aprel 2019    Oxunub:1973
ABŞ Məxfi Xidmətinin rəhbəri Rendolf Alles qulaqlarının hədsiz böyük olmasına görə istefaya göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, Allesin böyük qulaqları ABŞ prezidenti Donald Trampın xoşuna gəlməyib və çoxdandır ki, Tramp ona qarşı soyuq münasibət və antipatiya bəsləyir.

Mənbələrin sözlərinə görə, Tramp hətta fərdi söhbətlərində Allesi məsxərəyə qoyaraq, qulaqlarına görə onu Dambo (“Walt Disney”in məşhur “Dumbo” tammetrajlı cizgi filmində böyük qulaqları sayəsində uçmağa qadir olan fil balasının adı) ləqəbi ilə çağırıb. Bu mənada, qəzet istisna etmir ki, Allesin istefaya göndərilməsinin səbəblərindən biri də eşitmə orqanının böyük olmasıdır.

Qeyd edək ki, ötən gün Ağ Ev Allesin tezliklə vəzifəsini tərk edəcəyini və mayda ABŞ Məxfi Xidmətinə yeni rəhbər təyin olunacağını bəyan edib. CNN telekanalı bildirib ki, Alles istefaya göndəriləcəyi barədə iki həftə əvvəldən məlumatlandırılıb.

ABŞ Məxfi Xidməti dövlətin birinci simalarının, xüsusən də prezidentin mühafizəsinə cavabdehdir və ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) strukturuna daxildir. DTN-in rəhbəri Kirsten Nilsen də 10 apreldə postunu tərk edəcəyini bildirib və Tramp onun istefasını qəbul edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: AğEv   ABŞ  





Xəbər lenti