“Biznesmen dostlarıma vəzifə verməyəcəyəm” - Poroşenko vəd verdi

“Biznesmen dostlarıma vəzifə verməyəcəyəm” -  Poroşenko vəd verdi
  09 Aprel 2019    Oxunub:2284
Ukraynanın hazırkı dövlət başçısı, 21 apreldə keçiriləck prezident seçkilərinin ikinci turunda iki namizəddən biri olan Pyotr Poroşenko xalqa söz verib ki, məsuliyyət tələb edən yüksək dövlət postlarına daha öz dostlarını və biznes tərəfdaşlarını təyin etməyəcək.
Azvision.az xəbər verir ki, bunu Poroşenko “ICTV” telekanalında yayımlanan “Söz azadlığı” proqramının efirində deyib.

“Prezident olduğu müddətcə, eləcə də, ikinci dəfə prezidentliyi dövründə Pyotr Poroşenko daha heç bir biznes tərəfdaşlarına, heç bir yaxın adamlarına təyinat verməyəcək” – Poroşenko vurğulayıb.

O, həmçinin, öz səhvlərini və xüsusən də, kadr siyasətindəki yanlışlıqları etiraf edib: “Bu və ya digər soyadların təyinatında açıq-aşkar səhvlərimiz olub. Amma mən sizə konkret soyadları sadalamayacağam”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti