Konqressmenlərdən “erməni soyqırımı” ilə bağlı yeni tələb

 Konqressmenlərdən “erməni soyqırımı” ilə bağlı yeni tələb
  09 Aprel 2019    Oxunub:1935
ABŞ Konqressinin Nümayəndələr Palatasının demokrat üzvü Adam Şiff və respublikaçı Qas Bilirakis qondarma “erməni soyqırımı”nın Amerika rəhbərliyi səviyyəsində rəsmən tanınması üçün yeni qətnamə layihəsi təqdim ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb. Qeyd olunur ki, Şiff və Biliraksın müəllifi olduqları yeni qətnaməni 70 konqressmen dəstəkləyib.

Sənəddə tarixi faktlara zidd olaraq ortaya atılan saxta “erməni soyqırımı”nın tanınması məqsədilə konkret tədbirlərin görülməsi və Vaşinqtonun siyasətinə yeni müddəaların salınması təklif olunub. Ermənipərəst konqressmenlər həmçinin, ABŞ hakimiyyətini uydurma soyqırımı rəsmən tanımağa və onun “tarixinin” tədris olunmasına çağırıblar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress  





Xəbər lenti