MHP sədri AKP-nin təkrar seçki tələbini dəstəklədi

MHP sədri AKP-nin təkrar seçki tələbini dəstəklədi
  09 Aprel 2019    Oxunub:2510
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstabulda təkrar seçki keçirilməsi tələbini dəstəkləyib.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə MHP-nin sədri Dövlət Baxçalı açıqlama verib.
“Seçkilərin təkrar keçirilməsi demokratiyanın tələblərindən biridir. İctimai qarışıqlıq əvəzinə, seçki qutularına yenidən gedib, Türkiyənin sabitliyini təmin etmək daha məntiqlidir” – Baxçalı bəyan edib.

Qeyd edək ki, MHP 2018-ci ildəki prezident seçkilərindən etibarən AKP ilə birgə “Cümhur İttifaqı” seçki alyansını formalaşdırıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti