Azərbaycanlı səfirin saatını oğurladılar

   Azərbaycanlı səfirin saatını oğurladılar
  10 Aprel 2019    Oxunub:2707
Belarusun Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.
Azvision.az “BelTA”ya istinadən xəbər verir ki, hadisə martın 17-də baş verib.

Məlumata əsasən, diplomat biznes-zalda olarkən saatını unudub. Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı oğurlayıb.

Hadisədən xəbər tutan Cinayət-Axtarış Şöbəsinin əməkdaşları saatı oğurlayan şəxsi qısa zamanda müəyyən ediblər. Nəticədə səfirin qol saatı ona geri qaytarılıb.

Azvision.az



Teqlər: Səfir   Belarus   Oğurluq   Saat  





Xəbər lenti