“S-400”lər Türkiyəyə vaxtından əvvəl gətiriləcək

 “S-400”lər Türkiyəyə vaxtından əvvəl gətiriləcək
  10 Aprel 2019    Oxunub:1626
Rusiyanın “S-400” zenit-raket kompleksləri əvvəlcədən planlaşdırılmış vaxtdan daha tez – iyuladək Türkiyəyə gətirilə bilər.
Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Ərdoğanın sözlərinə görə, Ankaranın Rusiyadan “S-400”lər alması beynəlxalq maraq predmetinə çevrilib və bir çox rəsmilər hələ də ondan öz qərarını dəyişib-dəyişmədiyini soruşurlar.

“Biz də bu iş bitmişdir və artıq hər şey hazırdır cavabını veririk. “S-400”lərin tədarükü iyulda baş tutmalı idi, amma bu tarix irəliyə çəkilə bilər. Bu addım Türkiyənin milli təhlükəsizliyi üçün atılıb və üçüncü ölkəyə qarşı yönəlməyib. Türkiyə tam suveren dövlətdir və biz “S-400”lərlə bağlı hüququmuzu heç kəslə bölüşməyəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   S-400   Rusiya  





Xəbər lenti