Rusiya sərhədini 2 dəfə pozan erməni həbs edildi

 Rusiya sərhədini 2 dəfə pozan erməni həbs edildi
  10 Aprel 2019    Oxunub:1661
Rusiyanın Zlınka rayon məhkəməsi dövlət sərhədini iki dəfə qanunsuz şəkildə keçmiş Ermənistan vətəndaşını 1 il müddətinə azadlıqdan məhrum edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Bryansk əyalət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, cinayətkar 2018-ci ilin aprelində Ermənistanda yeni pasport alarkən sənəddəki şəxsi məlumatları dəyişdirib. Daha sonra öz avtomobilində Bryansk əyalətindəki stasionar keçid məntəqəsi vasitəsilə Belarusdan Rusiya ərazisinə daxil olub və Volqoqrad əyalətinə gəlib. Lakin Ermənistan vətəndaşı Volqoqradda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı onun Rusiya dövlət sərhəddini 2 dəfə qanunsuz şəkildə pozduğu aşkarlanıb və həbs edilərək məhkəmə qarşısına çıxarılıb.

Bryansk əyalət prokurorluğundan bildirilib ki, Ermənistan vətəndaşı cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti