Tramp Türkiyəyə səfər edəcək

Tramp Türkiyəyə səfər edəcək
  10 Aprel 2019    Oxunub:2392
ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Tramp son telefon söhbətində İdlibdə atəşkəsin qorunub saxlanmasının vacibliyini vurğulayıblar və birgə patrulun tez bir zamanda başladılmasına dair razılaşıblar. Söhbət zamanı Tramp, həmçinin,Türkiyəyə səfər etmək istədiyini Ərdoğanın diqqətinə çatdırıb.

“Donald Tramp bir neçə dəfə Türkiyəyə səfər etmək istədiyini və gələcəyini bildirib. Amma səfərin tarixi üzərində birlikdə çalışmaq qərarı verdik. Bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltona səfərin tarixini müəyyənləşdirmək tapşırılıb. Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki ölkə arasındakı mövcud anlaşılmazlıqların aradan qaldırılması və müsbət atmosferin yaradılması baxımından bu cür ziyarətlərin önəmli olduğunu düşünürük”, - deyə Çavuşoğlu vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Suriya   ABŞ   İdlib  





Xəbər lenti