Rusiya Türkiyə ilə yeni “S-400” sazişi imzalamaq niyyətindədir

Rusiya Türkiyə ilə yeni “S-400” sazişi imzalamaq niyyətindədir
  10 Aprel 2019    Oxunub:2195
Kremlin sözçüsü Dmitri Peskov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Rusiyadan ikinci “S-400” zenit-raket kompleksini də ala bilərik” deyə səsləndirdiyi bəyanatı şərh edib.

Azvision.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Peskov “S-400”lərin tədarükü üzrə Rusiyanın Türkiyə ilə yeni saziş imzalmağa hazır olduğunu deyib.
“Bilirsiniz ki, hərbi-texniki əməkdaşlıq Rusiyanın bir çox xarici ölkələrlə qarşılıqlı münasibətlərinin və əməkdaşlığının olduqca vacib göstəricilərindən biridir. Bu cür əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafının xüsusi səviyyəsindən xəbər verir və belə yanaşma Türkiyəyə də aiddir. Rusiya yeni bir saziş bağlamağa açıqdır və bunun üçün ölkəmiz müvafiq texniki və digər imkanlara sahibdir. Və əlbəttə ki, Rusiya Türkiyə ilə mövcud hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün imkanlar axtarır. Bu, tamamilə normal prosesdir” – Peskov vurğulayıb.

Qeyd edək ki, bu gün NTV telekanalının efirində çıxış edən Çavuşoğlu “ABŞ bizə “Patriot” hava hücumundan müdafiə sistemlərini satmaq istəməzsə, sabah biz ikinci “S-400”ü də, hətta başqa bir müdafiə sistemini də ala bilərik” deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   S-400   Rusiya  





Xəbər lenti