Pakistan: “Kəşmir qazanı bu cür qaynamağa davam edə bilməz”

      Pakistan:    “Kəşmir qazanı bu cür qaynamağa davam edə bilməz”
  10 Aprel 2019    Oxunub:2247
Pakistanla Hindistan arasındakı mövcud mübahisələr yalnız dialoq vasitəsilə həll oluna bilər.
Azvision.az xəbər verir ki, bunu Pakistanın baş naziri İmran Xan BBC-yə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Hindistanla Pakistan arasında mübahisəyə və gərginliyə səbəb olan yeganə mövzu Kəşmir problemidir. “Hindistanın baş naziri Narendra Modiyə və ölkəsinə hansı mesajı göndərmək istəyərdiniz?” sualına cavabında İmran Xan bildirib ki:

“Kəşmir qazanı bu şəkildə qaynamağa davam edə bilməz. Bu məsələnin həll edilməsindən bütün region fayda görəcək. İki ölkənin bir nömrəli vəzifəsi yoxsulluqla mübarizə və onun azaldılması olmalıdır. Bunu etməyin yolu isə mübahisələrin dialoq vasitəsilə həllindən keçir”- İmran Xan vurğulayıb.

Pakistanın baş naziri Hindistanla mümkün müharibə ehtimalına və onun nəticələrinə də toxunub: “Kəşmirdə təzyiqlərdən qaynaqlanan bir reaksiyanın məsuliyyətini Pakistanın üzərinə ataraq cavab verilərsə, burada gərginliyin artması qaçılmaz olacaq. Kimsə bu vəziyyətdə nələrin olacağını təxmin edə bilməz. Hindistanın bu cür bəhanələrlə Pakistana hücum edərsə, Pakistanın da adekvat cavab verməkdən başqa çarəsi qalmayacaq. Nüvə silahına malik iki ölkənin bu şəkildə qarşı-qarşıya gəlməsinin məsuliyyətsizlik olduğunu düşünürəm.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kəşmir   Pakistan   Hindistan  





Xəbər lenti