İtaliya parlamentindən qalmaqal yaradacaq “soyqırım” qərarı

İtaliya parlamentindən qalmaqal yaradacaq “soyqırım” qərarı
  11 Aprel 2019    Oxunub:1885
İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatası qondarma “erməni soyqırımı”nın rəsmi səviyyədə tanınması üçün təşəbbüs sənədi qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İtaliyadakı səfirliyi məlumat yayıb.

Sənəddə deputatlar İtaliya hökumətini tarixi faktlara zidd şəkildə ortaya atılmış saxta “erməni soyqırımı”nı tanımağa və bu uydurma məsələyə “beynəlxalq ölçü” verməyə çağırıblar.

Qeyd olunur ki, sənədin qəbulu üçün 382 deputat səs verib. Təşəbbüsün əleyhinə çıxan olmayıb, 43 deputat isə bitərəf qalıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İtaliya   Soyqırım  





Xəbər lenti