Kim Çen In: “Onlara zərbə endirməliyik!”

      Kim Çen In:    “Onlara zərbə endirməliyik!”
  11 Aprel 2019    Oxunub:1668
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, sanksiyaların köməyi ilə ölkəsini diz çökdürməyə çalışanlara (əsasən ABŞ, Yaponiya və Cənubi Koreya nəzərdə tutulur) zərbə endirməyə hazırdırlar.
Azvision.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Şimali Koreyanın Əmək Partiyası Mərkəzi Komitəsinin plenar sessiyasında çıxışı zamanı deyib.

“Biz, inkişaf edən sosialist iqtisadiyyatının bayrağını daim qaldırmalı və sanksiyalarla bizi diz çökdürə biləcəklərinə dair yanlış fikirdə olanlara zərbə endirməliyik” – Çen In vurğulayıb.

O, həmçinin, Şimali Koreya hökumətinin seçdiyi idarəçilik kursunun doğru olduğunu bildirib. Kim Çen Inın sözlərinə görə, bu kurs milli iqtisadiyyatın müstəqil olmasını və Şimali Koreyanın yalnız öz texnologiyaları və resurslarına söykənməsini ehtiva edir: “Bu cür yanaşma sosializmin inkişafı üçün fundament olacaq və inqilabın gələcəyini müəyyənləşdirəcək.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Sanksiya   Koreya   ABŞ  





Xəbər lenti