“İtaliyanın “soyqırım” qərarının hüquqi qüvvəsi yoxdur” - Çavuşoğlu

  “İtaliyanın “soyqırım” qərarının hüquqi qüvvəsi yoxdur” -  Çavuşoğlu
  11 Aprel 2019    Oxunub:2184
İtaliya parlamentinin hökuməti 1915-ci il hadisələrini uydurma “erməni soyqırımı” kimi tanımağa çağıran qərarının Türkiyə üçün heç bir hüquqi qüvvəsi yoxdur.

Azvision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter" səhifəsində bəyan edib.
“Tarixi siyasiləşdirən bütün cəhdlər kimi, İtaliya Deputatlar Palatasının bu qərarı da yox qüvvəsindədir. İtaliya parlamentinin ksenofobik Liqa Partiyasının Avropa Parlamenti seçkilərindəki səslərini artırmaq məqsədi ilə səhnələşdirdiyi oyuna alət olması qəbuledilməzdir”, – deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatası qondarma “erməni soyqırımı”nın rəsmi səviyyədə tanınması üçün təşəbbüs sənədi qəbul edib. Sənəddə deputatlar İtaliya hökumətini tarixi faktlara zidd şəkildə ortaya atılmış saxta “erməni soyqırımı”nı tanımağa və bu uydurma məsələyə “beynəlxalq ölçü” verməyə çağırıblar. Sənədin qəbulu üçün 382 deputat səs verib. Təşəbbüsün əleyhinə çıxan olmayıb, 43 deputat isə bitərəf qalıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti