Paşinyan münaqişəni sosial şəbəkələrdə “həll etmək” istəyir

 Paşinyan münaqişəni sosial şəbəkələrdə “həll etmək” istəyir
  11 Aprel 2019    Oxunub:3260
“Ermənistanda baş verən demokratik dəyişikliklər Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə bizim təsəvvürlərimizə yeni çalarlar qatdı”

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında çıxışı zamanı deyib.
İşğalçı ölkənin baş naziri hətta utanmadan Dağlıq Qarabağ münaqişəsinin region üçün ciddi təhdid olduğunu vurğulayıb. Özünü avropalılara “sülhpərvər” imicdə göstərməyə çalışan Paşinyan Azərbaycana qarşı ittihamlar yağdırmaq ənənəsinə də sadiq qalıb.

“Əlbəttə ki, Azərbaycan prezidenti ilə kifayət qədər konstruktiv və müsbət dialoq başlada bilməyimiz olduqca vacibdir, amma əminəm ki, məsələnin həlli üçün təkcə liderlər arasında dialoq kifayət etmir. Cəmiyyətlərimiz arasında da dialoqun başlaması, insanlarımızı sülhə hazırlamağımız da çox vacibdir. Bu yaxınlarda İrəvandakı mətbuat konfransımda bəyan etdim ki, cəmiyyətlərimiz arasında bu cür dialoq üçün platforma sosial şəbəkələr ola bilər. Amma təəssüf ki, bu gün sosial şəbəkələrdə azərbaycanlılarla ermənilər arasındakı ünsiyyət qarşılıqlı təhqir dilində qurulur. Münaqişənin 30 ili ərzində hesab edilə bilərdi ki, artıq biz nifrət və təhqir sözlərini tükətməli, qarşılıqlı mövqelərimizi anlamalı və bir-birimizi başa düşməyə qoymayan səbəbləri tapmağa çalışmalı idik. Bu cür müzakirəni mən şəxsən özüm Ermənistan parlamentinin tribunasından nizamlanma variantının Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmasının vacibliyini bəyan etməklə başlatdım. Məhz bu formul problemin həllinə nail olmağa imkan verəcək. Təəssüf ki, biz Azərbaycandan eyni şeyi eşitmirik. Ümid edirəm ki, bu tribunadan səslənən çağırış Azərbaycan cəmiyyətində adekvat reaksiya alacaq”, – Paşinyan deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti