Kürd deputatdan "soyqırım" tələbi

  12 Aprel 2019    Oxunub : 647
 Kürd deputatdan "soyqırım" tələbi
“1915-ci ilin “erməni soyqırımı” məsələsi birinci növbədə türkiyə parlamentində müzakirəyə çıxarılmalıdır.”
Azvision.az xəbər verir ki, bunu Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasının deputatı (HDP) Qaro Paylan öz tvitter səhifəsində bəyan edib.

““Erməni soyqırımı” məsələsi İtaliya, Fransa və ABŞ parlamentlərinin gündəliyindən çıxarılmalı və bu böyük faciənin baş verdiyi ölkədə - Türkiyə parlamentində müzakirə mövzusuna çevrilməlidir. Türkiyədəki ermənilər artıq 104 ildir ki ədalət gözləyirlər” – kürd deputat yazıb.

Qeyd edək ki, aprelin 10-da İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatası qondarma “erməni soyqırımı”nın rəsmi səviyyədə tanınması üçün təşəbbüs sənədi qəbul edib. Sənəddə deputatlar İtaliya hökumətini tarixi faktlara zidd şəkildə ortaya atılmış saxta “erməni soyqırımı”nı tanımağa və bu uydurma məsələyə “beynəlxalq ölçü” verməyə çağırıblar. Həmçinin, eyni gündə Fransa prezidenti Emmanuel Makron da 24 aprel tarixinin “erməni soyqırımını anma günü” elan edilməsilə bağlı rəsmi fərman imzalayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: “ermənisoyqırımı”   Türkiyə   ABŞ   HDP   İtaliya   Fransa