Poroşenko Zelenskiyə qarşı sui-qəsddə ittiham olunur - VİDEO

   Poroşenko Zelenskiyə qarşı sui-qəsddə ittiham olunur -    VİDEO
  12 Aprel 2019    Oxunub:2260
21 apreldə Ukraynada keçiriləcək prezident seçkilərinin ikinci turunda namizədlərdən biri olan şoumen və aktyor Vladimir Zelenski rəqibi - Ukraynanın hazırkı rəhbəri Pyotr Poroşenkonu ona qarşı sui-qəsdlər hazırlamaqda ittiham edib.
Azvision.az “Politeka”ya istinadən xəbər verir ki, Vladimir Zelenskinin seçki qərargahının nümayəndəsi Dmitri Razumkov Zelenskiyə mütəmadi şəkildə ölüm hədələrinin edildiyini bildirib.

“Əslində Zelenskinin ünvanına təhdidlər bütün seçki kampaniyası boyunca göndərilir. O, daimi əsasda hədələnir. Zelenskinin rəqibləri olduqca çirkli seçki kampaniyası aparırlar və mütəmadi olaraq prezidentliyə namizədə qarşı mənfi rəylər yağdırırlar” – Razumkov vurğulayıb.

Qeyd edək ki, Zelenskinin seçki qərargahı Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkonu internetdə Zelenskinin yük maşını ilə vurulmasının imitasiya edildiyi videonu yaymaqda ittiham edib. Poroşenkonun seçki qərargahı isə bu işdə əli olduğunu inkar edib. Faktla bağlı Ukrayna polisi cinayət işi açıb və Zelenskinin mühafizəsi gücləndirilib.




Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti